Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsi müzakirə edilib
Oktyabrın 29-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan V.Mustafayev onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Pakistanla dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran nazir xalqlarımız arasında tarixi-mənəvi bağlılıqların, yüksək səviyyəli qarşılıqlı etimadın mövcudluğunu vurğulayıb.
O, Pakistanla hərbi-texniki sahədə əməkdaşlığın Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün faydalı olduğunu qeyd edib.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədri olan V.Mustafayev Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində aparılan işlərlə bağlı geniş məlumat verib.
General S.Ş.Mirza səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb. O, qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün önəmindən danışıb.
Qonaq son illərdə Azərbaycanda müasir müdafiə sənayesi sahəsinin sürətlə inkişaf etdiyini, birgə əməkdaşlığın zəruriliyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub