Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib
Yanvarın 16-da Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin akt zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş anım mərasimi təşkil olunub. Anım mərasimində faciə qurbanlarının və Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazir Mədət Quliyev çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının qoşunları fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib, dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, yüzlərlə insan yaralanıb və itkin düşüb.
Diqqətə çatdırılıb ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs məhz ulu öndər Heydər Əliyev olmuşdur. Faciənin ertəsi günü ulu öndər həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınayıb, ifşaedici və cəsarətli bəyanat verib. Ümummilli lider bu bəyanatı verməklə kəskin təzyiq və təsirlərə məruz qalacağını gözləri önünə gətirsə də, özünəməxsus qətiyyət və cəsarət nümayiş etdirib. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Baş verənləri Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandıran Heydər Əliyev xalqımızın həyatında dərin hüzn törətməsinə baxmayaraq, 20 Yanvar hadisəsini tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.
Anım mərasimində tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə Qanlı Yanvar faciəsi milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın müstəqilliyini bərpa etməsinə gətirib çıxarıb. 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub, respublikamızın müstəqilliyi və suverenliyinin simvoluna çevrilib. Həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, öz mübarizliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.
Tədbirin sonunda Nazirliyin kollektivi 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş sənədli film izləyib.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib