"Aqreqat" İstehsalat Birliyinin "Telemexanika" zavodunda yeni istehsal sahələrinin açılışı oldu
1 aprel 2010-cu il tarixində “Aqreqat” İstehsalat Birliyinin “Telemexanika” zavodunda yeni istehsal sahələrinin açılışı oldu.
Açılışda respublika prezidenti cənab İlham Əliyev iştirak etdi.
Zavodun həyətində ulu öndər Heydər Əliyevin xatirəsinə qoyulmuş büst ziyarət edildi.
Sonra respublika prezidentinə zavodla bağlı ətraflı məlumat verildi. Bildirildi ki, zavod 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Zavod nazirliyin tabeliyinə veriləndən sonra burada müvafiq bərpa və yenidənqurma işləri aparılmış və yeni istehsal sahələri yaradılmışdır.
Respublika prezidenti cənab İlham Əliyev zavodda yaradılan yeni istehsal sahəsini işə saldı.
Zavod əsaslı təmirdən sonra 2007-ci ilin dekabr ayında respublika prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan dəzgah, avadanlıq və istehsal xətləri quraşdırılmışdır.Yeni mexaniki emal sahəsində quraşdırılmış proqramla idarə olunan rotor xətlərində mürəkkəb konstruksiyaya malik məmulatların istehsalı təşkil olunmuşdur. Müəssisədə müdafiə təyinatlı məhsullarla yanaşı, müxtəlif növ mülki məhsulların istehsalı da aparılır.
Yaradılmış 5 yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri açılmışdır. Hazırda müəssisədə 330 nəfər işçi çalışır.
Müəssisədə istehsal olunan hərbi təyinatlı məhsullardan ibarət sərgiyə baxış oldu.
Sonda respublika prezidenti cənab İlham Əliyev görülmüş işlərlə bağlı razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib