Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda işgüzar səfərdədir
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində işgüzar səfərdədir.
Dekabrın 25-də V.Mustafayev Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və Şəhidlər Abidəsi”ni, Prezident Ho Şi Minhin mavzoleyini, eləcə də Vyetnam Hərbi Tarix Muzeyindəki “Həmrəylik və Dostluq Abidəsi”ni ziyarət edib, abidələrin önünə əklil qoyulub.
Daha sonra V.Mustafayev Vyetnam Sosialist Respublikasının milli müdafiə naziri Phan Van Giang ilə görüşüb.
Görüş zamanı beynəlxalq sərgilərdə iştirakın ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb, elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və müdafiə sənayesi qurumları arasında münasibətlərin gücləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, elmi və texnoloji sahədə əlaqələrin inkişafının bilik və innovasiyaların paylaşılması baxımından mühüm əhəmiyyət daşıdığından bəhs edilərək, bu əməkdaşlığın qarşılıqlı maraqlara və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Sonda V.Mustafayev Vyetnamın dövlət müəssisələrində müdafiə sənayesi üzrə istehsal sahələri ilə tanışlıq üçün yaradılan əlverişli şəraitə görə minnətdarlığını bildirib, qarşı tərəfi gələn il Azərbaycanda təşkil ediləcək 6-cı ADEX Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Qeyd edək ki, səfər çərçivəsində V.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Vyetnamın Hərbi Sənaye Kompleksinin əsasını təşkil edən müdafiə sənayesi müəssisələrində istehsal imkanları ilə yerində tanış olacaqlar.
Foto qalareya
Oxşar yazılar
11.02.2026, 20:05
“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir
11.02.2026, 09:24
“World Defence Show 2026” sərgisi çərçivəsində fəal müzakirələr aparılır
10.02.2026, 09:13
Vüqar Mustafayev “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib
09.02.2026, 17:05
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” sərgisində iştirak edir
26.01.2026, 17:52
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
26.01.2026, 11:00
Hidayət Əzimov Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
22.01.2026, 15:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə
21.01.2026, 19:55
Vüqar Mustafayev Qabon Respublikasının milli müdafiə naziri ilə görüşüb
21.01.2026, 15:36
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyədə işgüzar səfərdədir
19.01.2026, 16:42
Müdəfiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib