“Sülh Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin ölkədə “Sülh Aylığı” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları üçün “İnsan hüquqları ilə sülh arasında mövcud olan qarşılıqlı və ayrılmaz əlaqə” mövzusunda maarifləndirici təlim keçirilib.
21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə təşkil edilən tədbirin əsas məqsədi sülh və insan hüquqları arasında qarşılıqlı əlaqəyə dair məlumatlılığın artırılmasıdır.
Təlim zamanı insan ləyaqətinin qorunması, hüquq və azadlıqların təmin edilməsi, qanunun aliliyinə və dövlət institutlarına ictimai etimadın gücləndirilməsi, sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsinin cəmiyyətdə sabitlik və anlaşma mühitinin formalaşmasında rolu barədə ətraflı məlumat verilib. Tədbirdə, həmçinin bu istiqamətdə dövlət orqanları ilə yanaşı, məhkəmələrin, vətəndaş cəmiyyəti institutlarının, medianın və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi davamlı sülhün və insan hüquqları mədəniyyətinin formalaşdırılmasına mühüm töhfə verir.
Foto qalareya
Oxşar yazılar
Qubada keçirilən Yay Məktəbi başa çatıb
07.09.2026, 18:01
Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə Yay Məktəbinin açılış mərasimi baş tutub
06.08.2026, 17:41
Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdədir
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir