Əsas səhifə \ Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov...

Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyədə işgüzar səfərdədir

Yanvarın 21-də Türkiyə Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyə Respublikası Prezidenti yanında Müdafiə Sənayesi Dövlət Komitəsinin sədrinin müavini Hakan Karataş ilə görüşüb.

Görüşdə hərbi-texniki sahədə təcrübə mübadiləsi və əməkdaşlıq imkanları, o cümlədən müdafiə sənayesində institusional inkişaf, kadr hazırlığı, universitet–sənaye–dövlət əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər əməkdaşlığın genişləndirilməsinin hər iki ölkənin müdafiə sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini vurğulayıblar.

Foto qalareya

Oxşar yazılar