Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə AMEA arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb
İyulun 1-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında birgə əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və ETİ-nin direktoru, t.e.d., professor Mürsəl Əliyev iştirak ediblər.
Əvvəlcə institutun həyətində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra professor Mürsəl Əliyev bütün iştirakçıları salamlayaraq onları tədbirdə görməyindən məmnunluğunu bildirib. M.Əliyev müəssisənin elmi-tədqiqat istiqamətləri və aparılan işlər haqqında ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyev elmin himayədarı kimi hər zaman gənc alimlər nəslinin yetişdirilməsinə, müxtəlif elmi-tədqiqatların aparılmasına, yeni kəşf və ixtiraların sayının artırılmasına xüsusi diqqət yetirib. Sonradan bu iş onun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilib və Azərbaycan müasir dövrdə dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələri sırasına qoşulub.
Akademik Arif Həşimov qarşılıqlı imzalanmış memorandum haqqında fikirlərini bölüşərək müştərək fəaliyyətin əsas istiqamətləri, elmtutumlu innovativ layihələrin, o cümlədən müasir tələblərə cavab verən elmi-tədqiqat işlərinin səmərəli şəkildə aparılması haqqında öz tövsiyələrini verib.
Memorandum çərçivəsində birlikdə müxtəlif innovativ layihələrin həyata keçirilməsi ilə yanaşı, tərəflər arasında elm və texnologiya sahələrində lahiyələrə gənc alimlərin cəlb olunması, elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazalarının gücləndirilməsi və digər sahələrdə birgə əməkdaşlığın qurulması nəzərdə tutulub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
06.05.2026, 19:57
“SAHA 2026” sərgisi çərçivəsində müdafiə sənayesi sahəsində mühüm görüşlər keçirilib