Əsas səhifə \ Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti...
06 avq, 2026 17:41

Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdədir

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti 4 avqust tarixindən Özbəkistan Respublikasında işgüzar səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Daşkənd şəhərində yerləşən Turin Politexnik Universitetini ziyarət edib. Ziyarət zamanı müdafiə sənayesi sahəsi üçün ixtisaslı kadr hazırlığı, gənc mütəxəssislərin qısamüddətli təlim proqramlarına cəlb olunması və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, ali təhsil müəssisəsi ilə Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi arasında memorandum imzalanıb.

Nümayəndə heyəti, həmçinin İnnovativ Texnologiyalar Mərkəzində də olub. Onlara süni intellekt, elmi-tədqiqat və innovasiya istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda mərkəzin iş prinsipi haqqında ətraflı məlumat verilib.

Daha sonra H.Əzimov Özbəkistan Respublikasının Müdafiə Sənayesi Agentliyinin rəhbər heyəti ilə görüşüb.

Paylaşmaq üçün linki kopyala:

Yazını paylaş

Baxış sayı:

171

Oxşar yazılar