Beynəlxalq əməkdaşlıq
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlığın əsas məqsədi beynəlxalq müdafiə sərgilərində fəal iştirak etməklə ölkəmizin müdafiə sənayesi potensialının təqdim olunması, yerli istehsal olunan müdafiə təyinatlı məhsulların dünya bazarına çıxarılması, ixrac imkanlarının təşviq edilməsi, eyni zamanda, dünya təcrübəsindən yararlanaraq müasir texnologiyalara malik dövlətlərlə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. 2014-cü ildən başlayaraq iki ildən bir Bakı şəhərində keçirilən “ADEX” Beynəlxalq Müdafiə Sərgisi müdafiə sənayesi sahəsində beynəlxalq tərəfdaşların toplaşdığı mühüm platforma kimi xüsusi əhəmiyyət daşıyır. “ADEX” təkcə müdafiə təyinatlı şirkətlərin deyil, həm də daimi müştərilərin və yeni alıcıların ənənəvi və əlverişli görüş yerinə çevrilmişdir. Bu sərgi beynəlxalq müstəvidə hərbi-texniki əməkdaşlığın inkişafında, müasir silah və texnologiyaların istehsalçıları olan hərbi sənaye müəssisələrinin, xarici və yerli şirkətlərin, eləcə də mütəxəssislərin bir araya gəlməsində mühüm rol oynayır. “ADEX” həmçinin tərəfdaşlar arasında işgüzar əlaqələrin qurulması, yeni müqavilələrin imzalanması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Nazirlik hərbi-texniki sahədə bir çox dövlətlərlə uğurlu əməkdaşlıq münasibətləri qurmuşdur. Hazırda Müdafiə Sənayesi Nazirliyi tərəfindən Afrika, Amerika, Asiya və Avropa ölkələri ilə fəal əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində bir sıra xarici ölkələrin dövlət qurumları ilə imzalanmış hökumətlərarası və qurumlararası sazişlər, protokollar, memorandumlar və əməkdaşlıq proqramları uğurla icra olunur, qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi təmin edilir.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumları ilə yaradılan əməkdaşlıq xüsusilə qeyd olunmalıdır. Bu əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi aparılır, yeni texnologiyaların yaradılması istiqamətində birgə layihələr reallaşdırılır, mühəndis-konstruktor işləri icra edilir. Bu proseslər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə mühüm töhfələr verir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirir. Nazirlik hərbi-texniki əməkdaşlıq çərçivəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, müvafiq sahələr üzrə bilik və məlumat mübadiləsinin aparılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu siyasət nəticəsində Azərbaycan müdafiə sənayesi beynəlxalq miqyasda daha da tanınır, müasir texnologiyalara əsaslanan məhsulların hazırlanması və ixrac imkanlarının artırılması təmin olunur.
Ölkələr
22.07.2025, 21:00
“IDEF 2025” sərgisində müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
26.05.2025, 17:00
Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb
28.02.2025, 10:00
Qvineya-Bisau Prezidenti Azərbaycanın istehsal etdiyi hərbi məhsullar ilə tanış olub
24.01.2025, 19:00
Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair Protokol imzalanıb
26.09.2024, 18:00
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb
26.09.2024, 17:00
Vüqar Mustafayev Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
12.07.2024, 09:50
İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub