Əsas səhifə \ Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3...

Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Rasim oğlu Ağabalayevə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib.

Sözügedən ixtisas dərəcəsi dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərə verilən xüsusi dövlət statuslarından biridir. 

Müdafiə Sənayesi Nazirliyinin kollektivi adından Samir Ağabalayevi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərdiyi yüksək etimada və dövlət qulluğunun inkişafına verdiyi davamlı dəstəyə görə dərin minnətdarlığımızı bildiririk.

Oxşar yazılar