Müdafiə sənayesi ekosisteminin inkişafı üzrə universitetlərlə birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbər heyətləri ilə görüşlər keçirib.
Görüşlərdə Nazirliyin 2025-2030-cu illər üçün müəyyənləşdirdiyi insan kapitalının inkişafı üzrə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, həmçinin güclü müdafiə sənayesi ekosisteminin formalaşdırılması məqsədilə universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.
Universitet nümayəndələri təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş təqdimatla çıxış ediblər.
Müzakirələr zamanı ölkəmizdə müdafiə sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə tədqiqat və inkişafa əsaslanan, elm tutumlu ekosistemin formalaşdırılmasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib.
Səmimi və konstruktiv şəraitdə keçirilən görüşlərdə qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsinə və prosesin davamlılığının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.
Foto qalareya
Oxşar yazılar
11.02.2026, 20:05
“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir
11.02.2026, 09:24
“World Defence Show 2026” sərgisi çərçivəsində fəal müzakirələr aparılır
10.02.2026, 09:13
Vüqar Mustafayev “World Defence Show 2026” sərgisində bir sıra görüşlər keçirib
09.02.2026, 17:05
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” sərgisində iştirak edir
26.01.2026, 17:52
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
26.01.2026, 11:00
Hidayət Əzimov Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
22.01.2026, 15:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə
21.01.2026, 19:55
Vüqar Mustafayev Qabon Respublikasının milli müdafiə naziri ilə görüşüb
21.01.2026, 15:36
Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Türkiyədə işgüzar səfərdədir
19.01.2026, 16:42
Müdəfiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib