"ADEX-2022" və "Securex Caspian" sərgiləri başa çatıb
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə (Securex Caspian) sərgiləri sentyabrın 8-də başa çatıb.
Üç gün davam edən sərgilərin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” və “Securex Caspian” sərgiləri ilə tanış olub.
Müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə naziri Zakir Həsənov və Türkiyənin Baş qərargah rəisi Yaşar Güler dövlət başçısına sərgi haqqında məlumat veriblər.
ADEX və “Securex Caspian” sərgiləri çərçivəsində nazir Mədət Quliyev bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşüb, hərbi-texniki əməkdaşlıq haqda müzakirələr aparılıb.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin "Havelsan" Hava Elektronik Sənaye və Ticarət Kurumsal şirkəti, “Simsoft” Kompüter Texnologiyaları şirkəti, həmçinin Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sərgilərin təşkil edildiyi üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və başqa aktual mövzular üzrə sessiyalar keçirilib. Həmçinin sərgilər çərçivəsində startaplar təqdim olunub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzinin üç pavilyonu, həmçinin açıq sahəsini əhatə edən və 208 şirkəti bir araya gətirən sərgilərə Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri, eləcə də ilk dəfə İordaniyadan olan şirkətlər qatılıb. Builki sərgilərdə Türkiyə, Pakistan, Belarus, İran, İsrail, Rusiya da daxil olmaqla 10-a yaxın ölkə milli stendləri ilə iştirak ediblər.
1000-dən artıq adda silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin "ADEX" və "Securex Caspian" sərgilərində 179 adda məhsulu sərgilənib.
Ümumilikdə isə burada 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş olunub.
“ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunub.
"Securex Caspian" sərgisində isə hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri, siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim edilib.
Oxşar yazılar
24.09.2026, 10:33
Növbəti "ADEX-2026” və “Securex Caspian” sərgilərinin tarixi bəlli oldu
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib
16.06.2026, 16:50
"İxtisaslaşmış Akademik Tədris Proqramı" ilə bağlı infosessiyalar keçirilib
19.05.2026, 18:30
Müdafiə sənayesi sahəsində kadr hazırlığı və elmi əməkdaşlığın inkişafı məqsədilə görüş keçirilib
12.05.2026, 17:38
Vüqar Mustafayev “IDEB 2026” sərgisində iştirak edir
12.05.2026, 11:18
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
10.05.2026, 13:27
MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
08.05.2026, 16:32
Heydər Əliyevin müdafiə sənayesi siyasəti bu gün uğurla davam etdirilir
07.05.2026, 12:51
Hidayət Əzimov Türkiyənin aparıcı müdafiə sənayesi qurumları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib