2006 – 2008: müxtəlif şirkətlərdə Təlim koordinatoru və maliyyə mütəxəssisi olaraq fəaliyyət göstərib.
2009 – 2012: “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis vəzifəsində çalışıb.
2012 – 2014: “Azerfon” MMC-də Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb.
2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb:
- 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun müşaviri vəzifəsinə təyin olunub.
- 2014-cü ildə PAŞA Sığorta ASC-nin və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.
- 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri olaraq təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin edilib.