Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Sentyabr, 2024 17:00 256

Vüqar Mustafayev Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı hərbi-texniki sahədə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qonaqlar "ADEX-2024" və "Securex Caspian" sərgilərinin müdafiə sənayesi sahəsinin inkişafındakı rolundan bəhs ediblər. Onlar mötəbər tədbirlərin Azərbaycanda peşəkarlıqla təşkil olunduğunu qeyd edərək, buradakı işgüzar mühitin əhəmiyyətindən danışıblar.

Sonda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika” arasında Anlaşma Memorandumu imzalanıb.