Fəaliyyət istiqamətləri
Azərbaycan Respublikasının Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdır.
Мüdаfiə Sənаyеsi Nаzirliyinin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər:
- “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC, “Avia-Aqreqat zavodu” MMC, “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi, “Dalğa” Elmi İstehsalat Müəssisəsi və “Alov” zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir.
- “Radioquraşdırma zavodu” MMC, “Azon zavodu” MMC, “Peyk zavodu” MMC və “Elektron Hesablayıcı Maşınları zavodu” MMC rabitə və radioelektronika məhsulları istehsal edir.
- “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi”, “Telemexanika zavodu” MMC və “Baki Cihazqayırma zavodu” MMC neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
- “Avtomatik Xətlər” Elmi İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.