Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Aprel, 2022 13:00 273

Müdafiə Sənayesi Nazirliyinin kollektivi ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması ağacəkmə aksiyası ilə davam edib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Pakistan səfirliyinin nümayəndələri, hökumət rəsmiləri, ekokönüllülər və Azərbaycanda təhsil alan pakistanlı tələbələr iştirak ediblər. Ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, müdafiə sənayesi naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri Mədət Quliyev və Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye iştirak ediblər.