Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Noyabr, 2023 11:38 1082

MSN: Azərbaycanın istehsal etdiyi silahlar dəqiqliyi və keyfiyyəti baxımından xarici şirkətlərin məmulatlarından üstündür

Noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi keçirilib. Azərbaycanın xüsusi təşəbbüsü ilə SPECA-nın yaradılmasının 25 illiyinə həsr edilən sərginin açılışında Prezident İlham Əliyev iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, SPECA üzvü olan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Azərbaycan stendlərinin yer aldığı sərgidə tibb, sənaye, qida, tekstil, kənd təsərrüfatı və texnoloji sistemlərə dair məhsullar təqdim olunub.

Sərgidəki Azərbaycan Milli Stendi iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsini də əhatə edib.

Azərbaycan iqtisadiyyatının inkişafını əks etdirən vahid stendin müdafiə sənayesi guşəsində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair daxil olmaqla, 88 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib. Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunub. MSN-in nümayiş etdirdiyi bu və digər məhsullar sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Ətraflı: AZƏRTAC