Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
08 Sentyabr, 2022 14:19 897

ETİ və Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkəti əməkdaşlığa başlayacaq

Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgilərində iştirak edən Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) arasında əməkdaşlığa başlamaq haqqında razılıq əldə olunub. Sentyabrın 8-də bununla bağlı Bakı Ekspo Mərkəzində tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimində ETİ-nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkətinin baş direktoru Muhammad Laqeel, şirkətin icraçı-direktoru Asad Kamal və digər rəsmi şəxslər iştirak ediblər.

Tərəflər əməkdaşlığın ilkin prinsiplərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıblar.

Vurğulanıb ki, bu əməkdaşlıq yeni layihələrin hazırlanaraq uğurla ərsəyə gətirilməsinə, hər iki tərəfin hərbi-texniki sahədə daha da inkişafa nail olmasına təkan verəcək.

Daha sonra M.Əliyev və A.Kamal əməkdaşlığa dair memorandumu imzalayıblar.

Xatırladaq ki, sentyabrın 7-də ETİ ilə Türkiyənin "Havelsan" Hava Elektronik Sənaye və Ticarət Kurumsal şirkəti arasında əməkdaşlığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb.