Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 Sentyabr, 2022 13:35 283

ETİ və "Havelsan" şirkəti arasında çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb

Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin "Havelsan" Hava Elektronik Sənaye və Ticarət Kurumsal şirkəti arasında əməkdaşlığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb.

Sentyabrın 7-də Bakı Ekspo Mərkəzində baş tutan imzalanma mərasimində ETİ-nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, "Havelsan" şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar, şirkətin baş direktoru və İdarə Heyətinin üzvü Mehmet Akif Nacar və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, bundan öncə ETİ-nin nümayəndə heyəti Türkiyədə "Havelsan" şirkətində olub və onların apardığı işlər haqqında məlumatlar alıblar.

Vurğulanıb ki, bu anlaşma memorandumu iki tərəf arasında əməkdaşlığa başlamaq məqsədilə imzalanan ilkin çərçivə sənədidir. Gələcəkdə qarşılıqlı iş birliyi üçün mövzular müəyyənləşdirilərək növbəti sənədlər imzalanacaq.

Daha sonra əməkdaşlığın ilkin prinsipləri haqda fikir mübadiləsi aparılıb və hər iki tərəf çərçivə sənədi olaraq anlaşma memorandumunu imzalayıb.