Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
14 Avqust, 2024 18:00 509

Nazir müavini Hidayət Əzimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

Avqustun 14-də Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə işguzar səfərdə olan Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

H.Əzimov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Səmimi qəbula görə təşəkkür edən A.Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.

Görüş zamanı türk xalqlarının həmrəyliyinin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Özbəkistan arasında münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd edilib, müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti, gələcək əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.