Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Sentyabr, 2025 14:00 1078

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Nazirliyin kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.