Müdafiə Sənayesi Nazirliyi ilə Çinin “ALIT” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib
Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının “Aerospace Long-March International Trade Co., Ltd” (ALIT) şirkətinin sədri Hu Zhongminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Çin arasında müdafiə sənayesi sahəsində uğurlu əlaqələrin olduğu qeyd edilib. “ALIT” şirkəti ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.