Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
31 Avqust, 2022 17:00 175

MSN-in istehsalı olan PUA-lar TEKNOFEST-də nümayiş olunur

Məlum olduğu kimi, avqustun 30-dan Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) öz işinə başlayıb. Festivalda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan pilotsuz uçuş aparatları da nümayiş olunur. Türkiyə Texnologiya Komandası” - T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən TEKNOFEST-də sərgilənən Azərbaycanın Orbiter 1, Orbiter 1 KM (İti qovan), Orbiter 2 və Orbiter 3 PUA-ları tədbir iştirakçılarının böyük marağına səbəb olub. MSN-in məsul əməkdaşları qonaqlara PUA-ların texniki göstəriciləri haqqında məlumatlar verib, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, Aerokosmik və texnologiya festivalı sentyabrın 4-dək davam edəcək.