Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 İyul, 2025 14:45 972

"Dövlət qulluqçularının etik davranış qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Nazirliyin əməkdaşlarının iştirak etdiyi tədbirdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli Qanununda təsbit olunan etik davranış qaydaları haqqında ətraflı izahlar verilib.

Bildirilib ki, dövlət qulluqçusunun davranışı, vətəndaşlarla münasibəti və xidməti vəzifələrini yerinə yetirmə tərzi birbaşa olaraq dövlət orqanına və bütövlükdə dövlətə olan inamı formalaşdırır. Etik davranış qaydalarına əməl olunması dövlət qulluqçusunun yalnız qanuni çərçivədə deyil, həm də mənəvi baxımdan düzgün fəaliyyət göstərməsini təmin edir.

Tədbirdə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları haqqında Əsasnamə”də yer alan xidməti şərəfin, davranışın və peşə nüfuzunun hüquqi tənzimlənməsi, vicdanlılıq və loyallıq prinsipləri, peşəkarlıq və fərdi məsuliyyət, ictimai etimad, insan və vətəndaş hüquqlarına, şərəf və ləyaqətinə, eləcə də nüfuzuna hörmət, mədəni davranış, Nazirliyin əmr, sərəncam və qərarlarının, eyni zamanda rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi, qərəzsizlik prinsipi, dövlət əmlakından səmərəli istifadə edilməsi, korrupsiyaya qarşı mübarizə və digər müddəalar barədə geniş məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.