Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
20 Dekabr, 2019 14:46 1513

Mədət Quliyev Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb

19 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.