Fəaliyyət istiqamətləri
Azərbaycan Respublikasının Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdır.
Мüdаfiə Sənаyеsi Nаzirliyinin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər:
- İqlim Elmi-İstehsalat Müəssisəsi, Avia-Aqreqat zavodu, Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi, Dalğa Elmi-İstehsalat Müəssisəsi və Alov zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir.
- Bakı Radioquraşdırma zavodu, Azon, Peyk və EHM zavodları rabitə və radioelektronika məhsulları istehsal edir.
- Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi, Telemexanika zavodu və Bakı Cihazqayırma zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
- Avtomatik xətlər Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.