Müdafiə Sənayesi Nazirliyinin “Azad Systems” müştərək müəssisəsində istehsal olunan Pilotsuz Uçuş Aparatları (PUA) üzrə mütəxəssislərin Təlim-Tədris Mərkəzinin açılışı oldu

28.12.2018 17:54

Müdafiə Sənayesi Nazirliyinin “Azad Systems” müştərək müəssisəsi adından Müdafiə Nazirliyi və onun şəxsi heyətini PUA mütəxəssisləri üzrə Təlim-Tədris Mərkəzinin açılışı münasibətilə təbrik edirik.

“Azad Systems” müştərək layihəsi çərçivəsində müxtəlif növ avadanlıqlarla və trenajorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzi müasir standartlara cavab verir. Burada Azərbaycan Ordusunun arsenalında yerli istehsal olan PUA-lar üzrə yüksək peşəkar kadrların hazırlanması nəzərdə tutulub. Təlim-Tədris Mərkəzində Müdafiə Nazirliyinin operator və texniki heyətinə “Azad Systems” mütəxəssisləri tərəfindən nəzəri və praktiki məşqlərin keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Açılışda Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri də iştirak edib.

Sonda fürsətdən istifadə edərək Müdafiə Sənayesi Nazirliyi adından Silahlı Qüvvələrimizin şəxsi heyətini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir və xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.




Oxunub: 1110