Nazir Yavər Camalov Malayziyanın Azərbaycandakı səfirini qəbul etdi

12.04.2018

Aprelin 12-də müdafiə sənayesi naziri Yavər Camalov Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Roslan Tan Sri Abdul Rahmanı qəbul etdi.

Görüş zamanı nazir Yavər Camalov Azərbaycan ilə Malayziya arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğuladı.

Nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verdi. 

Səmimi və mehribançılıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Qaley Allahverdiyev də iştirak edirdi.




Oxunub: 2168