Nazir Yavər Camalov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul etdi

21.02.2018

Fevralın 21-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.    

Yavər Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verdi.

Dostluq və mehribançılıq şəraitində keçən görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf persperktivlərinə dair fikir mübadiləsi aparıldı.

Nümayəndə heyətinin başçısı, general-mayor Əmir Hatəmi səmimi qəbula görə minnətdarlığını bildirdi.

 





Oxunub: 3117