Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində oldular

15.02.2018

Fevralın 15-də  xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz ”  zavodlarında oldular.

Tanışlıq məqsədilə keçirilən tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edirdi.

Nümayəndələrə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verildi.

Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirildi və istehsal prosesi yaxından izlənildi.

Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi  Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.





Oxunub: 2341