Müdafiə Sənayesi Nazirliyində Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirildi

08.02.2018

Fevralın 8-də Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi, general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verildi.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf etdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Səfər çərçivəsində nümayəndə heyəti nazirliyin müəssisələrində oldu və istehsal prosesini yaxından izlədi.




Oxunub: 3105